IQNA

"On iki imam hədislərinin Əhli-sünnə baxımından yeni oxunuşu" tədqiqat layihəsi

15:54 - October 18, 2013
Xəbər sayı: 2604907
Təfəkkür qurupu: Mədəniyyət, İncəsənət və Əlaqələr Tədqiqat təşkilatının müdüriyyətinin elan etdiyinə görə bu təşkilatda həyata keçirlən "On iki imam hədislərinin Əhli-sünnə baxımından yeni oxunuşu və vəhabilərin yeni şübhələrinə cavablar" tədqiqat layihəsi yekunlaşmışdır. Tədqiqat layihəsi Nərgiz Rəhiminin nəzarəti ilə işlənib hazırlanmışdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Mədəniyyət, İncəsənət və Əlaqələr Tədqiqat təşkilatının müdüriyyətinin elan etdiyinə görə bu təşkilatda həyata keçirlən "On iki imam hədislərinin Əhli-sünnə baxımından yeni oxunuşu və vəhabilərin yeni şübhələrinə cavablar" tədqiqat layihəsi yekunlaşmışdır. Tədqiqat layihəsi Doktor Yəqubəli Bürcü və Nərgiz Rəhiminin nəzarəti ilə işlənib hazırlanmışdır.
Bu tədqiqat layihəsində "Məhdəviyyət" (Mehdiçilik) məsələsində strateji əhəmiyyət daşıyan və bu mövzuda bünövrə sayılan "ümmətin on iki imamı olacaq" hədisi araşdırlıb və bu hədisin Əhli-sünnənin dini qaynaqlarında da "təvatür" (inkar oluna bilməyən) həddində olduğu və şiə məktəbinin dediyi on iki imama aid olduğu tutarlı dəlillər ilə sübuta yetirilib və vəhabilərin müasir şübhələrinə cavablar verilib.
Qeyd edək ki, şiə və sünni dini qaynaqlarda "on iki imam hədisi" adı ilə bir qrup hədislər mövcuddur ki, sənəd və ədəbiyyat baxımından inkar olunmazlıq dərəcəsindədirlər. Bu hədislər aşkar şəkildə deyirik ki, Peyğəmbərin (s) canişinlərinin sayı on iki nəfər və Qüreyş qəbiləsinin Bəni Haşim tayfasındandırlar. Onların 12-cisi Mehdidir və Həzrət Zəhranın (s) övladır...
Bu hədisləri dana bilməyən Bəni-Üməyyə (Əməvi) mollaları və zamanımızda da vəhabilər bu hədisləri müxtəlif yerlərə yozmağa başlamış və hər zaman bu hədislərin Şiə etiqadını təsdiqləmədiyini sübuta yetirmək üçün yollar aramışlar. Buna görə də vəhabilərin yeni şübhələrin nəzərə alaraq Mədəniyyət, İncəsənət və Əlaqələr Tədqiqat təşkilatı bu hədisə əhli-sünnə kitablarında yenidən baxmış və müasir şübhələrə cavab vermişlər.
1303712
captcha